Şantajda ittiham olunan Mahmud Tağıyevin işi məhkəmədə


Digərləri 08 Fev 2019 13:31:00 455 0

Şantajda ittiham olunan Mahmud Tağıyevin işi məhkəmədə

Azərbaycanda şantajla pul tələb etməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərilib.

Son.az open.az-a istinadən xəbər verir ki, "Qafqaz" Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Tağıyev Mahmud Rasim oğlu Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Onun cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində "ŞURATAZ LTD" MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və "Nort Vest Konstrakşn" MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.

Agentlik rəhbəri barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi üzrə toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fikrət Qəribovun icraatına verilib.