Səfir: İranın idxal və ixrac dayanmayıb, sanksiya tətbiq olunmaması üçün bu yollar açıqlanmır


Digərləri 08 Fev 2019 13:33:00 367 0

Səfir: İranın idxal və ixrac dayanmayıb, sanksiya tətbiq olunmaması üçün bu yollar açıqlanmır

İranın idxal və ixrac dayanmayıb, sanksiya tətbiq olunmaması üçün bu yollar açıqlanmır

Bakı. Elnur Bağışov - İranın sanksiyalarla bağlı öz həll yolları var və ehtiyac duyduğu məhsulları həm ixrac, həm də idxal edir. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Səfir bildirib: "Sanksiyalar təbii ki çətinliklər yaradır. Misal üçün xərçəng xəstəliyi ilə əlaqədar dərman preparatlarının İrana idxalına sanksiyalar var. Yaxud digər ehtiyac duyulan məhsullara sanksiyalar mövcuddur. Lakin İran bütün məhsulları, misal üçün əti əldə edir və öz vətəndaşlarının ehtiyaclarını qarşılayır. İranın idxal və ixracla bağlı yolları var və sanksiya tətbiq olunmaması üçün bu yolları açıqlamır”.