Məşhur aktyor məhkəmədən çıxdı,


Digərləri 08 Fev 2019 12:27:00 428 0

Məşhur aktyor məhkəmədən çıxdı,

Amerikalı aktyor, rejissor və prodüser Robert de Niro məhkəmədən çıxandan sonra sürücüsü ilə dava edib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, məhkəmə prosesi 75 yaşlı aktyorun xanımı, 63 yaşlı Qreys Haytauerdən boşanması ilə bağlı idi. Onlar 21 illik nikahdan sonra boşanma qərarına gəliblər.

De Niro Nyu-York məhkəməsinin binasından çıxanda sürücünü görməyəndə hirslənib. O, sürücüyə zəng vuraraq qışqırmağa başlayıb: "Sən məhkəmə binasının qarşısında deyilsən! Sən maşından düşdüyümüz yerdə yoxsan!"

Daha sonra aktyor deyib: "Bütün fotoqrafların növbə çəkdiyi yerə gəl". O, fotoqrafları görəndə əlindəki qəzetlərlə üzünü qapadıb.


Xəbərə aid fotolar