“Şəbəkə” mərkəzlərinin xidmətlərindən 2 milyona yaxın vətəndaş yararlanıb (FOTO)


Digərləri 08 Fev 2019 11:51:00 374 0

“Şəbəkə” mərkəzlərinin xidmətlərindən 2 milyona yaxın vətəndaş yararlanıb (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə “Azərpoçt” MMC-nin tərkibində yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə “Azərpoçt” MMC-nin tərkibində yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir. NRTYN-dən Trend-ə verilən məlumata görə, bu münasibətlə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. İlk olaraq “Şəbəkə” xidmət mərkəzinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində – https://www.facebook.com/shebeke.az/ 8 Fevral 2019-cu il tarixində müsabiqə keçiriləcək. Müsabiqədə iştirak edərək “Şəbəkə” mərkəzlərinin göstərdiyi xidmətlər barədə 3 suala doğru cavabı yazan ilk 5 izləyici qalib olacaq. Qaliblər 10 fevral tarixində “Azərpoçt” MMC tərəfindən smartfon telefonlarla mükafatlandırılacaq. Eyni zamanda, həmin gün "Şəbəkə"nin fəaliyyətində xüsusi fərqlənən əməkdaşlara da təşəkkürnamələr təqdim olunacaq. Hazırda respublika üzrə 9 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 3-ü isə Cəlilabad, Zaqatala və Sumqayıt şəhərlərində yerləşir. Məlumat üçün bildirək ki, “Şəbəkə” xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.