Meksikanın təsdiqlənmiş neft ehtiyatları 6,46 milyard barrelə qədər azalıb


Dünya 08 Fev 2019 11:46:00 206 0

Meksikanın təsdiqlənmiş neft ehtiyatları 6,46 milyard barrelə qədər azalıb

Meksikanın təsdiqlənmiş neft ehtiyatlarının həcmi 2014-cü il yanvarın 1-dən 2018-ci il yanvarın 1-dək 1,5 dəfədən artıq - 9,81 milyard bareldən 6,46 milyard barelə qədər azalıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Latın Amerika ölkələrinin karbohidrogenləri üzrə Milli Komissiyanın hesabatında məlumat verilib.

Qurumun məlumatına görə, ehtiyatların ümumi həcmi (təsdiq olunan, ehtimal edilən və mümkün olan) də bu dövrdə 29,33 milyard bareldən 19,42 milyard barelə qədər və ya 50% azalıb.