Pensiya fondu təqaüdçüyə səhvən ödədiyi artıq üç qəpiyi geri istəyir


Dünya 08 Fev 2019 11:19:00 241 0

Pensiya fondu təqaüdçüyə səhvən ödədiyi artıq üç qəpiyi geri istəyir

Maraqlı hadisə Rusiyada baş verib. Pensiya fondu təqaüdçüyə artıq ödədiyi üç qəpiyi (kopeyka) geri istəyib.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, Çelyabinsk şəhər sakini fonddan qəribə məktub alıb. Məktubda ondan keçən ilin iyununda ödənilən artıq üç kopeykanı könüllü şəkildə geri verməsi xahiş olunur. Yaşlı kişinin sözlərinə görə, məbləğ o qədər kiçikdir ki, ona artıq pul ödənilməsi diqqətini çəkməyib. Amma məsuliyyətdən qaçmaq fikri yoxdur.