Sərhədi pozan 2 nəfər həbs edildi


Digərləri 08 Fev 2019 11:05:00 333 0

Sərhədi pozan 2 nəfər həbs edildi

Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi və nar­kotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Döv­lət Sərhəd Xidməti (DSX) tərəfindən bir sıra uğurlu əməliyyatlar keçiril­ib, 21 kq 775 qram narkotik vasi­tənin, 261 ədəd psixotop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçi­ril­məsinin qarşısı alınıb, bu cinayət əməllərinin iştirakçısı olan 2 nəfər şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

DSX-dən Son.az-a verilən məlumata görə, 3 halda İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 4 nəfər naməlum şəxsin qarşısı alın­ıb, sərhəd pozucuları sər­həd naryadlarının qanuni əmrlərinə ta­be olmayıb və qaçaqmalı sərhəd­boyu zolaqda ataraq geri qaç­ıblar.

3 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın "Lənkəran" sərhəd dəstəsinin Astara ra­yonunun Alaşa kən­di yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nə­fər naməlum şəxsin hərə­kəti müşahidə olunub və "dayan" əmri verilib. Sərhəd po­zucusu əlindəki bağ­lamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olun­muş 4 ədəd bağla­mada 3 kq 80 qram "kokos", 1 kq 55 qram "tir­yək", 105 qram "mari­xuana", həm­çinin 190 ədəd "tramol 225" mar­kalı həb, 175 ml "mydrax" mar­kalı narkotik tərkibli məhlul aş­kar edilərək götü­rül­üb.

4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rı­nın "Horadiz" sərhəd dəstəsinin Beyləqan ra­yo­nunun 2-ci Şah­sevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd nar­yadı tərə­findən alınıb. Sərhəd naryadı "dayan" əmri verərək havaya xəbərdarlıq atəşi açıb, sərhəd pozucusu tabe olmayıb, əlin­dəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kq 115 qr "heroin" narkotik vasitəsi və 1 ədəd "Bloԝ 2003 mini" markalı tapança aşkar edilərək götürülüb.


Xəbərə aid fotolar