Vətəndaşları qəbul etməyən dövlət qurumlarının adları açıqlandı


Digərləri 08 Fev 2019 10:38:00 386 0

Vətəndaşları qəbul etməyən dövlət qurumlarının adları açıqlandı

Bəzi dövlət qurumlarında vətəndaşların qəbulu daha səmərəli təşkil olunsa da, bəzi qurumlarda bu tələblərə tam əməl olunmur. Həmin qurumlarda vətəndaş qəbulunun təşkilində müəyyən nöqsanlara yol verilir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində bildirib.