Bakıda günorta çağı küçənin ortasında qadına qarşı


Digərləri 08 Fev 2019 09:21:00 201 0

Bakıda günorta çağı küçənin ortasında qadına qarşı

Bakıda qadın döyülərək planşeti oğurlanıb.

Milli.A xəbər verir ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.