ABŞ əsgərlərinin Suriyadan tamamilə çıxacağı vaxt məlum oldu İDDİA


Dünya 08 Fev 2019 09:16:00 241 0

ABŞ əsgərlərinin Suriyadan tamamilə çıxacağı vaxt məlum oldu  İDDİA

ABŞ-ın Suriyadakı hərbi qüvvələri aprelin sonuna qədər oranı tərk edəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu iddianı "Wall Street" jurnalı ortaya atıb.

Jurnal özünün etibarlı mənbələrə istinadən yazıb ki, ABŞ prezidenti Donald Tramp Suriyadakı YPG/PKK silahlılarının qorunması üçün plan hazırlanmasını gözləmədən ABŞ hərbçilərini oradan çıxaracaq.