Rusiyanın “Eurovision” təmsilçisinin adı açıqlandı


Digərləri 08 Fev 2019 09:09:00 187 0

Rusiyanın “Eurovision” təmsilçisinin adı açıqlandı

35 yaşlı Sergey Lazarevin builki “Eurovision” mahnı müsabiqəsində Rusiyanı təmsil edəcəyi dəqiqləşib

35 yaşlı Sergey Lazarevin builki "Eurovision" mahnı müsabiqəsində Rusiyanı təmsil edəcəyi dəqiqləşib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qərar Rusiyanın "Eurovision" üzrə təşkilat komitəsindən açıqlanıb.

Bu, Lazarevin "Eurovision"da ikinci cəhdi olacaq. O, 2016-cı ildə də bu yarışmada ölkəsini təmsil edib və 3-cü yeri tutub.