Azərbaycana gələcək ukraynalı sahibkar qadınlarla görüş keçirilib


Digərləri 08 Fev 2019 08:20:00 247 0

Azərbaycana gələcək ukraynalı sahibkar qadınlarla görüş keçirilib

Azərbaycanda kifayət qədər qadın sahibkar var və onlarla birgə layihələrin keçirilməsi üçün ölkədə münbit şərait mövcuddur.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikri ukraynalı sahibkar qadınlarla görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Səfir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda xarici investorların fəaliyyəti üçün münbit şərait yaradılıb: "Azərbaycanda digər sahələrdə olduğu kimi biznes sahəsində də gender bərabərliyi mövcuddur. Bu baxımdan ukraynalı sahibkar qadınlar Azərbaycana rahat investisiya yatıra bilərlər".