6cı sinif şagirdinə seksual zorakılıq edən 62 yaşlı məktəb direktorun məhkəmə prosesi təxirə salındı


Kriminal 08 Fev 2019 07:50:00 259 0

6cı sinif şagirdinə seksual zorakılıq edən 62 yaşlı məktəb direktorun məhkəmə prosesi təxirə salındı

Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Məstan oğlu Alxasovun barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə kassasiya şikayət göndərilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, şikayətə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılması nəzərdə tutulan proses təxirə salınaraq 2019-cu il martın 5-nə təyin olunub.

İttiham aktına görə, Gülfərz Alxasov 1996-cı ildən Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib. O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü İ.X- ya qarşı əxlaqsız hərəkətlər edib.

İttihama görə, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə şagirdi İ.X -ya  qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.

Bu məqsədlə o, 20 sentyabr 2017-ci il tarixdə İ.X-nı  xidməti otağına çağırıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.