İstanbulda elektrik panelinin partlaması nəticəsində 22 nəfər zəhərlənib


Digərləri 08 Fev 2019 05:59:00 178 0

İstanbulda elektrik panelinin partlaması nəticəsində 22 nəfər zəhərlənib

İstanbulda yerləşən beşmərtəbəli binanın girişindəki elektrik panelində partlayış baş verib.

Bakı. Tural Turan - İstanbulda yerləşən beşmərtəbəli binanın girişindəki elektrik panelində partlayış baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 15 uşaq olmaqla 22 nəfər dumandan zəhərlənib. Partlayışdan sonra qısa müddətdə binanı tüstü bürüyüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. Zərərçəkənlər xəstəxanalara çatdırılıblar.