İspaniya birdəfəlik plastik məhsullara qarşı mübarizəyə başçılıq etmək niyyətindədir


Dünya 08 Fev 2019 02:30:00 208 0

İspaniya birdəfəlik plastik məhsullara qarşı mübarizəyə başçılıq etmək niyyətindədir

İspaniyada birdəfəlik plastik məhsullar üçün geriyə sayma prosesi başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildə bir nömrəli ekoloji məqsəd, şübhəsiz, plastik tullantıların miqdarının azaldılmasıdır. Ötən il qəbul edilən yeni ümumavropa direktivi 2021-ci ilədək hər hansı birdəfəlik plastik qablaşdırma və qab-qacaqdan, o cümlədən polistiroldan olan qida qablaşdırmasından istifadəyə qadağanı nəzərdə tutur. Bundan başqa, 2025-ci ilədək təkrar emal olunan plastik kütlə plastik butulkaların tərkibinin dörddəbir hissəsini təşkil etməlidir.

Elan olunmuş müddətə hələ iki il qalmasına baxmayaraq, İspaniya artıq qarşısına Avropada birdəfəlik plastik məhsullarla mübarizənin lideri olmaq məqsədini qoyub. Madrid üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan qanunların təcili qəbulu ilə bu prosesə başlayıb.