İstanbulda yaşayış binasının çökməsi: ölənlərin sayı 10 nəfərə çatıb


Dünya 07 Fev 2019 23:43:00 200 0

İstanbulda yaşayış binasının çökməsi: ölənlərin sayı 10 nəfərə çatıb

İstanbulda yaşayış binasının dağıntıları altından daha dörd nəfərin cəsədi tapılıb. Bununla da binanın çökməsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İstanbul valiliyinin məlumatına görə, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyatların gedişində dağıntılar altından 13 nəfər sağ çıxarılıb.