Arifin həqiqəti görən gözləri


Digərləri 07 Fev 2019 23:55:00 240 0

Arifin həqiqəti görən gözləri

Son.az deyerler.org-a istinadən bildirir ki, ayətullah Muhseni Məlayiri nəql edir: "Ayətullah Birucerdi vəfat edəndən sonra Qum hövzəsinin mərcələrindən biri məndən xahiş etdi ki, şəhərin bələdiyyə başçısı Nəvvab Yəzdi ilə birlikdə alimin evinə gedim.

Nəvvab Yəzdi mənə dedi: "Mənim bir sirrim vardır ki, ilk olaraq sizə demək istəyirəm. Ağayi Birucerdi vəfat etməzdən əvvəlki gecə mənə dövlət tərəfindən bir teleqram gəldi. Orada yazılmışdı ki, alim vəsiyyət etmək istəyir və siz də gərək onun vəsiyyətinə nəzarət edəsiniz.

Mən alimin xadimi olan Hacı Əhmədə dedim ki, mənə belə bir xəbər gəlib çatmışdır.

O, dedi: "Əgər bacarırsansa, özün qeydə al. Ağanın otağının arxa hissəsində ol ki, vəsiyyətini deyən kimi, hazır olasan".

Mən də gedib alimin olduğu otağın pərdə arxasında gözləməyə başladım.