Avropa Komissiyası neftin qiymətlərinə dair proqnozu kəskin şəkildə azaldıb


Digərləri 07 Fev 2019 23:56:00 278 0

Avropa Komissiyası neftin qiymətlərinə dair proqnozu kəskin şəkildə azaldıb

Avropa Komissiyası 2019-2020-ci illər üçün "Brent" markalı neftin orta illik qiymətinin proqnozuna yenidən baxaraq, ABŞ və Kanadada artan hasilat fonunda dəyəri bir barrel üçün 61 dollaradək kəskin şəkildə azaldıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının yeni hesabatında bildirilir.

2018-ci ilin payızında Avropa Komissiyası gözləyirdi ki, 2019-cu ildə "Brent" markalı neftin orta qiyməti bir barrel üçün 80,6 dollar, 2020-ci ildə isə 76,7 dollar səviyyəsində olacaq.