Xorvatiyalı deputatlar şəxsi avtomobildən


Dünya 07 Fev 2019 23:57:00 212 0

Xorvatiyalı deputatlar şəxsi avtomobildən

Xorvatiya parlamenti "Dövlət xidməti" haqqında qanuna əlavələri təsdiq edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əlavələr qüvvəyə mindikdən sonra deputatlar şəxsi avtomobildən istifadə hüququndan məhrum olacaq. Bunun əvəzində deputatlara avtobus, tramvay və metrolardan pulsuz istifadə hüququ veriləcək.

Qanun layihəsinin müəllifi, "Demokratik mərkəz" partiyasının deputatı Oqnejki Slovanoviçin sözlərinə görə, yeni qanun xorvat xalqı ilə onun təmsilçiləri arasında boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.