İnsan bundan ümidini kəssə, böyük nailiyyət əldə edəcəkdir


Digərləri 07 Fev 2019 23:40:00 189 0

İnsan bundan ümidini kəssə, böyük nailiyyət əldə edəcəkdir

(Ayətullah Müctəba Tehraninin əxlaq dərslərindən)

Həzrət Peyğəmbər (s) buyurur: "Dünya dəyişkəndir, sabitliyi yoxdur. O şey ki, sənin üçün təqdir olmuşdur - sənə çatacaqdır, baxmayaraq ki, zəif və gücsüz olsan belə. O şey ki, sənin ziyan və zərərinədir - yenə sənə çatacaqdır, baxmayaraq ki, qüdrətli və güclü olsan belə. Heç bir zaman onun qarşısını ala bilməyəcəksən. O kəs ki, əlindən gedənə ümidini kəsərsə - bədəni rahatlıq tapar. O kəs ki, Allahın ona verdiklərinə razı olarsa - qəlbi və gözü aydın olar".

Hədisin şərhi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) ilk növbədə dünyanın vəziyyətini bəyan edir. Buyurur ki, dünya fırlanmaqda və dəyişməkdədir. Yəni, dünya heç bir zaman heç kəs üçün sabit qalmamışdır. Bu, dünyanın vəziyyətidir.

O şey ki, təqdir olmuşdur - sənə çatacaqdır. Bu, o deməkdir ki, insan bəzən düşünür ki, çox zəif və qüdrətsizdir. Ona görə də dünyanın bəzi mənfəətlərini əldə etməyi imkansız hesab edər. Ancaq həmin mənfəət onun üçün təqdir olduğu üçün, ona mütləq çatar.