Zəlzələ baş verən ərazidə seysmik vəziyyət necədir?


Digərləri 07 Fev 2019 22:53:00 233 0

Zəlzələ baş verən ərazidə seysmik vəziyyət necədir?

Zəlzələ baş verən ərazidə hazırda sabitlikdir və hər hansı bir güclü təkanın olma ehtimalı yoxdur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, hazırda ərazidə zəif təkanlar baş verir, nəticədə enerji boşalması olur. Lakin bunun özü belə hazırda müsbət amil kimi qiymətləndirilir.

Hazırda Şamaxı-İsmayıllı bölgəsində seysmoloji xidmət mərkəzinin əməkdaşları mütəmadi müşahidələr aparırlar. Qurban Yetirmişlinin sözlərinə görə, ən xırda təkanları belə qeydə almaq üçün əlavə seysmik stansiyalar quraşdırılıb.

Qurban Yetirmişli onu da bildirdi ki, təkanların sayı tədricən azalacaq.