Azərbaycanda anomal hava şəraiti


Digərləri 07 Fev 2019 22:58:00 195 0

Azərbaycanda anomal hava şəraiti

Ölkədə müşahidə olunan anomal hava kənd təsərrüfatına ziyan vura bilər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyev deyib ki, havanın mülayim keçməsi əsasən də bitkiçiliyə və meyvəçiliyə öz mənfi təsirini göstərə bilər.

Pərviz Hacıyev bildirib ki, belə hava şəraiti sahələrdə və meyvə bağlarında zərərvericilərin və xəstəliklərin yayılmasına şərait yaradır.