İspaniyalı mühəndislər vakuumlu qatarlar üçün tunel yaradırlar


Dünya 07 Fev 2019 22:59:00 244 0

İspaniyalı mühəndislər vakuumlu qatarlar üçün tunel yaradırlar

Əsası 2016-cı ilin noyabrında qoyulan "Zeleros" şirkəti 2024-cü ildən fəaliyyətə başlaya biləcək gələcəyin qatarları üçün dünyada ən uzun eksperimental tunel yaratmağı planlaşdırırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tanınmış sahibkar İlon Maskın təşkil etdiyi beynəlxalq müsabiqədə Valensiya Politexnik Universitetinin mühəndislik fakültəsi tələbələrinin qələbəsi üç dost üçün start nöqtəsi olub. Nəticədə vakuumlu tuneldə maqnit levitasiya sistemi vasitəsilə hərəkət edən "Hyperloop" vakuumlu qatarının layihəsini hazırlayan rəqabətədavamlı şirkət yaranıb.

Beynəlxalq müsabiqədə qələbə onları öz layihələrini İspaniya və digər ölkələrdə həyata keçirməyin mümkünlüyünə inandırıb. Beləliklə, Valensiyada gələcəyin vakuumlu qatarlarının hazırlanması ilə məşğul olan dünyanın altı şirkətindən biri - "Zeleros" yaradıldı. "Zeleros" elektromaqnitin təsirinin gücü ilə idarə olunan Çin və Yaponiya qatarlarının alternativinin yaradılması üzərində çalışır. Valensiyadan olan gənc mühəndislər bütün maqnit sistemini qatarın daxilinə birləşdirərək, onun sadələşdirilməsi üsulunu tapıblar.