Ağıldan zəif olanların Qiyamətdəki halı necə olacaq?


Digərləri 07 Fev 2019 22:50:00 262 0

Ağıldan zəif olanların Qiyamətdəki halı necə olacaq?

O kəslər ki, dünyada ağıldan məhrum olublar, onların axirətdəki halı necə olacaqdır?

İlk növbədə gərək bu həqiqətə diqqət edək ki, dinimiz o kəsləri vəzifə və təklif əhli hesab edir ki, ağla və şüura malik olsunlar. Əgər bu amil olmazsa, həmin şəxsin boynuna təklif düşməz. Ona görə cəza və savab da almaz.

Son.az deyerler.org-a istinadən bildirir ki, rəhmətlik İmam (r) bu insanlar haqqında buyurur: "Onlar idrak səviyyələrinə görə primitiv bioloji varlıq kimidirlər. Onlar üçün səadət və ya bədbəxtlik hökmü verilməz. Onların ancaq heyvani hissələri fəaliyyət göstərər. Baxmayaraq ki, heyvanlardan ali varlıq olsalar belə. Onlar bu ayəyə əsasən cəhənnəm əhli olmazlar: "Kim doğru yola gəlsə, ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir". ("İsra" 15).

Həqiqətdə demək olar ki, bərzəxdə ağıl sahiblərinin səadətinə deyil, heyvani səadət həddinə çatarlar".

Allah hər kəsə bir istedad və qabiliyyət vermişdir. Əgər bütün insanlar eyni istedadlara malik olsaydılar, onda dünya rəngsiz olardı. Gözəlliklər və çirkinliklər üzə çıxmazdı.

İnsanların istedadlarından bəhrələnməkləri üç amildən asılıdır:

1. Genetik amil.

2. Mühit amili.

3. İnsanın göstərdiyi səy.

Hər bir halda əgər insanın istedadı az olarsa, dünya və axirətdə də gözləntiləri az olar.

Əgər insan hansısa nöqsana malik olarsa, üç haldan xaric olmaz: