Cinsi yolla keçən dörd yeni aşkarlanmış xəstəlik


Digərləri 07 Fev 2019 22:12:00 174 0

Cinsi yolla keçən dörd yeni aşkarlanmış xəstəlik

Qonoreya (süzənək), sifilis və xlamidiya cinsi yolla yoluxan xəstəliklərdir. Və bunlardan bir çox insan xəbərdardır. Lakin ictimai sağlamlıq rəsmilərinin bildirdiklərinə görə, inkişaf etməkdə olan bir sıra yeni və güclü xəstəliklər mövcuddur.

Həmişə yeni xəstəliklər yaranır və cinsi yolla keçən xəstəliklər də istisna deyil.

Bu yazıda sizə ictimai sağlamlıq üçün ciddi təhlükə sayılacaq dörd bakteriya haqqında məlumat verəcəyik.

1. Neisseria meningiti

Neisseria meningiti əsasən oral seks yolu ilə yayılır

Daha çox meningococcus kimi bilinən neisseria meningiti beyin və onurğa sütununun qoruyucu membranlarına potensial öldürücü təhlükə yaradan invaziv meningitə səbəb ola bilir.

Onun sidik-cinsiyyət infeksiyalarına səbəb olduğu da elmə məlumdur.

1970-ci illərdə baş tutan bir araşdırmada erkək şimpanzenin sidik kanalı infeksiyasına burnu ilə yoluxduğu və sonra boğazına və penisinə ötürdüyü təsvir olunmuşdu.

"Bu heyvan tez-tez oral-tənasül əlaqədə olurdu," müəlliflər qeyd edirdilər.

Təxminən 5 və 10 faiz arasi yetkinlər burunları və boğazlarının arxa hissəsində Neiserria meningiti daşıyırlar. Araşdırmalar göstərir ki, onlar bakteriyanı tərəf müqabillərinə oral seks, öpüşmə və infeksiyaya uğramış damcıları ötürə biləcək hər hansı başqa yaxın əlaqə vasitəsilə ötürürlər.

Tədqiqatçılar Avropa, Kanada və ABŞ-da gey və biseksual kişilər arasında xəstəliyin invaziv formalarının yaranmasına hansı əlaqənin səbəb olduğunu müəyyənləşdirməyiblər.

Lakin Neisseria meningitinə yoluxmuş başqa bir qrup kişinin sidik kanalı üzərində aparılan araşdırma göstərib ki, (onlardan yalnız biri heteroseksual olub) onlara xəstəlik oral seks vasitəsilə keçib.

Alimlər 2015-ci ildə ABŞ-ın bir neçə şəhərində eyni anda yayılan xəstəlik zamanı onun qonoreya yaradan yaxın qohumu Neisseria qonoreya ilə DNT üzərindən genetik rekombinasiya aparıblar.

Cinsi yolla keçən infeksiyanın belə effektiv yayılmasına da həmin mutasiya səbəb olur.

Neisseria meningitinin dünyada ən yoluxucu hesab olunan beş növü var. Xoşbəxtlikdən hər beş növə qarşı müdafiə yaradan iki peyvənd mövcuddur.

2. Mikoplazma genitalium

Mycoplasma genitalium Xlamidiya xəstəliyini zahirən xatırlatsa da qadınların nəsilartırma funksiya üçün olduqca təhlükəlidir.

Mikoplazma genitalium cinsi əlaqə vasitəsilə yoluxan qorxulu ən kiçik bakteriya hesab olunur.

İlk dəfə 1980-ci illərdə aşkarlanan bakteriyaya yoluxan insan sayının hazırda 1-2 faiz arası olduğu zənn edilir və xüsusilə də, yeniyetmələr və yetkinlik yaşına çatan gənclərdə müşahidə olunur.

Adətən simptomsuz görülən mikoplazma genitalium, sidik kanalı və uşaqlıq ağzında (serviks) davamlı qıcıqlanma yaradaraq xlamidiya və qonoreyaya bənzəyir.

Qadın reproduktiv sistemində pelvik iltihabı xəstəliyinə səbəb ola bildiyi üçün onu sonsuzluq, uşaqsalma, vaxtında əvvəl doğuş və hətta dünyaya ölü uşaq gətirmə ilə əlaqələndirirlər.