Gecə qarnının qurultusundan yata bilməyənlər üçün:


Digərləri 07 Fev 2019 21:25:00 216 0

Gecə qarnının qurultusundan yata bilməyənlər üçün:

Gecə yemək sağlamlıq üçün təhlükə yarada bilər. Amma bəzi qidalar var ki, onları gecə yedikdə belə heç bir narahatlığa səbəb olmur.

Son.az medicina.az-a istinadən həmin qadaları sizə təqdim edir:

Pendir

Elm adamları gecə ac yatmağın həddən artıq çox yemək qədər zərəli olduğunu bildirirlər. Buna görə də gecə insanı narahat etməyəcək qidalardan istifadə etmək olar. Məsələn, həzmi çətin olmayan bir pendir növü seçə bilərsiniz.

Qatıq

Diyetoloqlara görə, qatıq süzməsi gecə yemək üçün ideal bir qidadır. Tərkibində yağ azdır, amma bol miqdarda zülal var. Zülal həm də gecə boyu orqanizmin kalori yandırmasına səbəb olacaq.

Yumurta

Qaynadılmış yumurta gecə yeyilə bilər. Bu qida həm də səhərə qədər sizi tox tutacaq.

Partlamış qarğıdalı

Diyetoloqlar gecə yemək yeməyi sevənlərə duzsuz qarğıdalı yeməyi məsləhət görürlər.