BNA cərimələdiyi sürücülərin sayını açıqlayıb


Digərləri 07 Fev 2019 21:18:00 285 0

BNA cərimələdiyi sürücülərin sayını açıqlayıb

"Bu günə qədər 73 minə yaxın sürücü cərimələnib".

Son.az "Report"a istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli "ASAN radio"nun "QəbuldASAN" verilişində bildirib.

Onun sözlərinə görə, BNA-nın iki həftə ərzidə 54 min sürücünü cərimələdiyini deyirlər: "54 min nəfər nəqliyyat vasitəsini almaq imkanı olan insanlardır. Biz 54 min insanın narazılığına qulaq asmalıyıq, yoxsa ictimai nəqliyyatdan istifadə edənlərin? Cərimə 20 AZN-dir, əgər üç gündə ödənilirsə bu, 18 AZN olur: "Hazırda 73 min nəfərin cəriməsi araşdırılır. Ola bilsin ki, nömrələrində problemlər mövcuddur. Şikayətçiləri qəbul edib, onların tələblərini nəzərə alırıq".