Prezident İlham Əliyevdən təsirli jest VİDEO


Siyasət 07 Fev 2019 21:08:00 235 0

Prezident İlham Əliyevdən təsirli jest  VİDEO

Fevralın 7-də Prezident İlham Əliyev ötən gün zəlzələ baş vermiş Şamaxı rayonunda olub.

Son.az Trend-ə istinadən bildirir ki, dövlət başçısı Şamaxı şəhərinin Salman Mümtaz küçəsində zəlzələdən daha çox ziyan görən 33 nömrəli evin sakinləri ilə görüşüb.

Prezident İlham Əliyev vəziyyətlə tanış olub və dəymiş ziyanın tez bir zamanda ödənilməsi ilə bağlı tapşırıq verib.

Görüş zamanı ev sahibəsi dövlət başçısına təşəkkür edərək əlini öpmək istəyərkən, Prezident İlham Əliyev təsirli jest edərək yaşlı qadına doğru əyilib və onun əlini öpüb.

Dövlət başçısı qeyd edib ki, hər bir zərərçəkənə bütün lazımi köməklik göstəriləcək.