Qrip Balkan ölkələrini də cənginə aldı:


Dünya 07 Fev 2019 20:54:00 296 0

Qrip Balkan ölkələrini də cənginə aldı:

2019-cu ilin əvvəlindən Qərbi Balkan ölkələrində - Bosniya və Herseqovina və Serbiyada 43 nəfər qripdən ölüb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Bosniya Səhiyyə İnstitutunun məlumatına görə, qrip virusuna yoluxanlar arasında müxtəlif yaş qruplarından olan insanlar var. Yanvar ayında onların 34 nəfəri həyatını itirib.

Sarayevo Klinik Mərkəzinin bəyanatında bildirilir ki, Banja Luka şəhərində qrip epidemiyası "aqressiv virusa" çevrilib və ölüm halları arta bilər. Bu şəhərdə fevralın ilk günlərində cəmi 1 nəfər - 75 yaşlı pasient ölüb. Lakin təhlükəli virusa yoluxanların sayı artmaqdadır.