Alimlərdən ciddi xəbərdarlıq:


Digərləri 07 Fev 2019 20:34:00 256 0

Alimlərdən ciddi xəbərdarlıq:

Alimlər bəşəriyyətin ciddi fəlakətlə üz-üzə olduğunu açıqlayıblar.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Himalay dağlarındakı buzların üçdə ikisinin əriməsi böyük faciəyə səbəb olacaq. Bu buzlar planetin 2 milyard əhalisini su ilə təmin edir. Himalay dağlarındakı buzlar Qanq, İnd, Xuanxe, Mekonq və İravadi çaylarını su ilə təmin edir.

Alimlərin qənaətinə əsasən, qlobal istilər 2100-cü ilə qədər davam etsə, buzların üçdə ikisi yoxa çıxacaq. Buzlar Himalay dağlarında yerləşən Hindiquş dağ silsiləsində yerləşir. Bu buzlar dağ regionunun 250 milyon, çay vadisinin 1.65 milyard əhalisi üçün əsas su mənbəyi sayılır.


Xəbərə aid fotolar