Əkizlərin biznesi batdı


Şou-biznes 07 Fev 2019 20:19:00 293 0

Əkizlərin biznesi batdı

Müğənnilər Sevil və Sevinc Səfərova bacılarının iki il əvvəl açdıqları ayaqqabı mağazası bağlanır. 

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda əkizlər özləri xəbər yayıb. Onlar mağazada olan bütün əşyaların ucuz qiymətə satıldığını, məkanın bağlandığını bildiriblər. 

Qeyd edək ki, Sevil və Sevincin ötən il açdığı gözəllik salonu da fəaliyyətini dayandırıb. Belə ki, bacıların bir nəfərlə şərik işlətdiyi məkandakı bütün özlərinə aid olan əşyaları oradan daşıdıqları və işbirliyinə son qoyduqları bildirilib.