Ukraynalı dələduz Gəncədə vətəndaşları aldadıb


Kriminal 07 Fev 2019 19:59:00 427 0

Ukraynalı dələduz Gəncədə vətəndaşları aldadıb

Gəncədə dələduzluqla məşğul olduğuna görə həbs edilən Həşimova Kifayət Rəhim qızı Ali Məhkəməyə kassasiya şikayəti verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan K. Həşimovanın məhkəmə prosesi mart ayının 13-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək. Cinayət işində 6 nəfər zərərçəkmiş qismində tanınıb.

İttiham aktında göstərilib ki, Kifayət Həşimova sakinləri işə düzəltmək və itirilmiş sənədlərini bərpa etmə adı ilə aldadaraq külli miqdarda pullarını mənimsəyib. Sonradan isə nə verdiyi sözü yerini yetirib,nə də pulu qaytarıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, dələduzluq edən şəxs Ağdam rayonunda anadan olan, Ukrayna vətəndaşı, 48 yaşlı Kifayət Həşimovadır. O,tutularaq istintaqa cəlb edilib.