Nikol ABın yol üçün ayırdığı pulu nəyə yönəldir?


Dünya 07 Fev 2019 19:39:00 233 0

Nikol ABın yol üçün ayırdığı pulu nəyə yönəldir?

Ermənistanın hökumət proqramı birbaşa xaricə və daxilə yönələn, təbliğat effekti güdən bir layihədir.

Son.az bildirir ki, bunu Axar.az-a Ermənistanın hökumət proqramı layihəsi haqda danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq proqram layihəsinin Ermənistanın hazırkı iqtisadi durumu ilə uzlaşmadığını deyib:

"Müasir ordunun qurulması milyardlarla vəsait tələb edir. Bu gün Ermənistanın ümumi dövlət büdcəsi müasir ordu quruculuğuna imkan vermir. Ermənistanın dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsinə belə çatmır. Düşmən hərbi büdcəsini ən azı 7 dəfə artırmalıdır ki, müasir ordu qura bilsin. Bu isə indiki dövrdə mümkünsüzdür, çünki ölkədə hansısa inqilabi dəyişikliklər gözlənilmir. Sənaye bazası və ixracat potensialı çox zəifdir, xəzinəyə daxilolmalar isə cüzi bir rəqəm təşkil edir. Buna görə də Digər tərəfdən, işğalçı hər vəchlə sosial elektoratı müharibə olacağı təqdirdə guya müasir ordu quruculuğu ilə bağlı hazırlıqların getdiyinə inandırmağa çalışır".

Politoloq buna baxmayaraq, Paşinyanın yeni yollar axtarmağa cəhd edəcəyini istisna etməyib:

"İrəvan yenə gözünü xaricə, ilk növbədə isə Rusiyaya dikəcək. Zənnimcə, Ermənistan Rusiyadan yeni kreditlər və ya ödənişsiz köhnə silah növləri almaq niyyətindədir. Əlbəttə ki, yeni hökumət erməni diasporundan və başqa mənbələrdən də pul almağı güdür. Digər mənbələr dedikdə, ilk növbədə Avropa İttifaqını nəzərdə tuturam. Keçmiş prezident Serj Sərkisyan Avropa Birliyi ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalayıb. İrəvan bu saziş hesabına hər dəfə Avropadan pul dilənir. Hesab edirəm ki, Ermənistan AB-nin Şərq Tərəfdaşlığı çərçivəsində yol infrastrukturu üçün 2030-cu ilə qədər hissə-hissə ayırmağı nəzərdə tutduğu 732 milyon avronu silahlanmaya yönəldəcək".