Sarqsyan müdafiə "ordusu" toplayır


Dünya 07 Fev 2019 19:09:00 182 0

Sarqsyan müdafiə "ordusu" toplayır

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarqsyan vəkillər komandasını formalaşdırır.

Bu barədə Son.az Sputnik Ermənistan nəşrinə istinadən xəbər verir. 

Son günlər Sarqsyanın 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq işi çərçivəsində dindirilməsinə dair məlumatlar yayılıb. "Aykakan Jamanak" nəşri yazır ki, Sarqsyan Xüsusi İstintaq Komitəsində (XİK) 5 saat dindirilib.

"Qraparak" nəşri isə bu sorğunun ilk olmadığını qeyd edib: "Buna qədər o, bir neçə dəfə sorğu-sual edilib. Ötən gün də XİK-də olub".

Bu arada, XİK-dən xəbəri təsdiqləməyiblər. Bildiriblər ki, onlar bununla bağlı heç bir sualı cavablandırmayacaqlar.