Bakıda 12 evdən oğurluq edən şəxslər saxlanılıb


Digərləri 07 Fev 2019 18:39:00 167 0

Bakıda 12 evdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda 12 evdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Binəqədi rayon Polis idarəsi 4-cü polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Mirsaleh Məmmədov və Şəmkir rayon sakini Samir Abbasov tutulublar.

Araşdırma zamanı onların Binəqədi, Biləcəri qəsəbələrində yerləşən 12 evdən, əsasən, pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Qeyd edək ki, evlərə oğurluğa əsasən M.Məmmədov daxil olub. O, daha sonra oğurladığı əşyaları S.Abbasovla birlikdə satıb. Həmin şəxsləri ətraflarında keçirilən əlavə tədbirlərlə onların digər rayonların ərazilərində də evlərdən oğurluqlar etdikləri məlum olub.


Xəbərə aid fotolar