Prezident İlham Əliyev: "Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır"


Siyasət 07 Fev 2019 18:12:00 189 0

Prezident İlham Əliyev: "Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır"

Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda sakinlərlə görüşündə deyib.

Dövlət başçısı vurğulayıb ki, vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır:

"Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq. Həm könüllülərin, həm yerli icra orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının - bunların bir amalı var: vətəndaşlara kömək etmək. Mən hesab edirəm ki, bərpa işləri tezliklə başlamalıdır. Vəsait də ayrılacaq".

Son.az