“Futbolun gələcəyi üçün birgə olaq” - yeni strategiya


İdman 07 Fev 2019 17:55:00 229 0

“Futbolun gələcəyi üçün birgə olaq” - yeni strategiya

UEFA 2019-2024-cü illər üçün “Futbolun gələcəyi üçün birgə olaq” adlı startegiyasını təqdim edib.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni strategiya UEFA-nın bu gün İtaliyanın paytaxtı Romada baş tutan Konqresində açıqlanıb. Proqram milli assosiasiyalar, liqalar, klublar və futbolçuları təmsil edən təşkilatlarla məsləhətləşmələr əsasında hazırlanıb.

Strategiya 4 bəndən ibarətdir: futbol, güvən, idman mübarizəsi və tərəqqi.

Qeyd edək ki, bu gün Aleksandr Ceferin növbəti 4 il müddətinə UEFA-nın prezidenti seçilib.