Cahangir Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb


Digərləri 07 Fev 2019 17:57:45 204 0

Cahangir Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb

Günün ikinci yarısı davan edən prosesdə C.Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun qohumu İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası günün ikinci yarısı davam etdirilib. Trend-in məlumatına görə, prosesdə C.Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb. C.Hacıyev qeyd edib ki, bütün işlərə şəxsən özü ciddi nəzarət edib: "Lakin işlərim çox idi. Hamısını çatdıra bilmirdim. Layihələri Dünyamin Xəlilov və müavinim olmuş Emin Mustafayevə tapşırmışdım. Heç kəs verilən kreditlərdən pul qazanmayıb. Axı Dünyamin Xəlilov bütün layihələrə nəzarət edə bilməzdi. Buna onun fiziki gücü çatmazdı. Ona görə də digər MMC-lər yaradıldı". C.Hacıyev digər təqsirləndirilən İsmayıl Hidayət-zadənin bacanağı olduğunu, bankdan ona kredit ayrıldığını etiraf edib: "Bəli, İsmayıl mənim bacanağımdır, lakin vaxtım olmurdu ki, onunla tez-tez görüşəm. O, layihə ilə bağlı Beynəlxalq Banka müraciət edib, sonra ona kredit ayrılıb. Layihə də hazırlanıb və təhvil də verilib". Sabiq bank rəhbəri 2006-cı ildə "Pərvanə" MMC-ə 7 milyon 500 min manatlıq kreditin ayrıldığını deyib: "Yağ alınması ilə bağlı kredit ayrılmışdı, ancaq pulun hansı layihələr üçün yönəldildiyini bilmirəm".