Miqrasiya könüllüsü olmaq istəyən gənclərin nəzərinə


Digərləri 07 Fev 2019 17:41:00 485 0

Miqrasiya könüllüsü olmaq istəyən gənclərin nəzərinə

Dövlət Miqrasiya Xidməti gəncləri “Miqrasiya könüllüsü” layihəsinə dəvət edir.

Bakı. Dövlət Miqrasiya Xidməti gənclərlə təmaslarını artırmaq, könüllü əhatəsini genişləndirərək onları bu sahə ilə daha yaxından tanış etmək, dövlət idarəetməsi üzrə məlumatlandırmaq, bununla şəxsi inkişafları, gələcək karyera imkanları üçün onları Xidmətin fəaliyyətinə cəlb etmək, miqrasiya məktəbi çərçivəsində həyata keçirdiyi tədbirlərin əhatəsinin genişləndirilmək və bütövlükdə könüllülərlə sistemli əməkdaşlıq qurmaq məqsədilə bütün enerjili, bacarıqlı, vətənpərvər, yaradıcı və təşəbbüskar gəncləri “Miqrasiya könüllüsü” layihəsinə dəvət edir. Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Dövlət Miqrasiya Xidməti komandasının üzvü olaraq Siz: · Dövlət Miqrasiya Xidmətində təcrübə qazanacaq; · Əcnəbi vətəndaşlarla sıx ünsiyyətdə olacaq; · Miqrasiya proseslərini yaxından izləyəcək və iştirak edəcək; · Gələcək karyera üçün biliklər əldə edəcək; · Beynəlxalq tədbirlərdə iştirak etmək imkanı qazanacaq;