Azərbaycanda psixi xəstə pişiyi dörd yerə bölüb evdən asdı


Kriminal 07 Fev 2019 17:29:00 247 0

Azərbaycanda psixi xəstə pişiyi dörd yerə bölüb evdən asdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində təqsirləndirilən şəxsin bacısı Samirə Rzayeva ifadə verib.

S.Rzayeva bildirib ki, qardaşı iki dəfə dayısını yandırmaq istəyib:

"Bir dəfə tövlədə qapını bağlayıb yandırıb. Bir dəfə də yolda içkili olan zaman ayaqlarına benzin töküb və od verib. Evdə anamı, qardaşımı döyürdü. Mən Türkiyədə olanda anama zəng edib vəziyyəti soruşdum. Anam dedi ki, vəziyyət çox pisdir, uşağı döyür. Mən də vəziyyətin ciddi olduğunu bilib qayıtdım. O, evdə nə hərəkət edirdisə, polisə məlumat verdim. Polis gəlib dedi ki, bunu ancaq dəlixanaya aparmaq olar. Bir dəfə evdə olanda gördüm ki, anamın həyətdən xırıltılı səsi gəlir. Çıxdım ki, anamı boğur. Qışqırıb köməyə qaçdım. Sonra mənim arxamca düşdü". 

S.Rzayeva qeyd edib ki, qardaşını dəfələrlə dəlixanaya yerləşdirmək istəyiblər. Amma o, bunu qəbul etməyib:

"Getmək istəmirdi. Artıq hər yeri, hər şeyi dağıdırdı. Dəfələrlə evi yandırıb. Pişiyi dörd yerə bölüb evdən asırdı. Deyirdi ki, bu, yaxşı şeydir. Artıq dözülməz vəziyyət idi. Dəfələrlə evdən qaçıb. Biz məcbur olub onu dəlixanaya apardıq. Oradan da qaçmışdı. Qaçandan sonra neçə gün onu tapa bilmədik. Sonra onu dəmiryolunun kənarından tapdıq. Evə gələndə aqressiv idi. Deyirdi ki, məni niyə dəlixanaya salırsınız? Amma biz bacara bilmirdik".