Ötən il 153 qəsdən adam öldürmə cinayətinin üstü açılıb


Digərləri 07 Fev 2019 16:35:00 201 0

Ötən il 153 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Ötən il 153 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Bakı. Samir Əli - Ötən il Azərbaycanda 153 qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə fevralın 7-də Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Zakir Qaralov bildirib.