“Cinsi zəiflik kimi mövzuların açıq şəkildə müzakirəyə çıxarılması…” MTRŞ


Digərləri 07 Fev 2019 15:48:00 208 0

“Cinsi zəiflik kimi mövzuların açıq şəkildə müzakirəyə çıxarılması…”  MTRŞ

"Bir sıra tibbi verilişlərdə mütəmadi olaraq kişi və qadınlarda cinsi zəiflik və digər bu kimi mövzuların açıq şəkildə, təfərrüatlı müzakirəyə çıxarılması efirdə xoş mənzərə yaratmır. Əslində, tibbi maarifləndirmə baxımından bu tip mövzuların efirdə müəyyən səviyyədə müzakirəsi məqbul hesab edilə bilər. Lakin hazırda efirə gedən verilişlərdə sözügedən mövzu ətrafında lüzumsuz bir şəkildə açıq-saçıqlığa yol verilir ki, bu da xoşagəlməz mənzərəyə, tamaşaçıların haqlı narazılığına səbəb olur".

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.