FİFA reytinqdə yenilik etdi


İdman 07 Fev 2019 15:50:00 181 0

FİFA reytinqdə yenilik etdi

FİFA 2019-cu ildən milli komandaların reytinq siyahısında yenilik tətbiq edir.

Goal.az xəbər verir ki, kişi yığmaların il ərzindəki reytinq siyahısı minimum rəqəmə - 8 dəfəyə endirilir. FİFA ilin ilk 8 ayından 4-nü boşa verəcək. İlk yarımillikdə tək aylar, həmçinin avqustda siyahı açıqlanmayaaq.

1994-cü ildən standart vəziyyətə gətirilən cədvəl ildə ən azı 10 dəfə açıqlanırdı.

Bu il isə FİFA yeniliklə bu rəqəmi azaldır. Növbəti siyahını 4 apreldə dərc edəcək qurum 14 iyun, 18 iyulda da bu addımı atacaq. Yalnız son 4 ayda - 19 sentyabr, 24 oktyabr, 28 noyabr və 19 dekabrda siyahı açıqlanacaq.

Qeyd edək ki, ilk FİFA reytinqi 1992-ci ilin dekabrında dərc olunub.