Gimnastlarımızın Dünya Kubokuna hazırlığı tam sürətlə davam edir (FOTO)


Digərləri 07 Fev 2019 15:43:47 193 0

Gimnastlarımızın Dünya Kubokuna hazırlığı tam sürətlə davam edir (FOTO)

Gimnastlarımızın Dünya Kubokuna hazırlığı tam sürətlə davam edir.

Bakı. Milli komandamızın üzvləri və təlim-məşq toplanışı üçün Bakıya digər ölkələrdən daha tez gəlmiş Qazaxıstan, Özbəkistan və Bolqarıstan komandaları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna hazırlıq məqsədilə Milli Gimnastika Arenasında məşqlərə start veriblər. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, fevralın 11-də arenada kubokun yoxlama-məşq toplanışı keçiriləcək. Bu toplanışda Avstraliya, Yeni Zelandiya, İsveçrə və Gürcüstan komandalarının da iştirakı gözlənilir.