YAPda “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir


Digərləri 07 Fev 2019 15:12:00 276 0

YAPda “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir

Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında "Gənclər və ailə: ənənə və müasir baxış" mövzusunda tədbir keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ailə dəyərləri haqqında danışıb. O qeyd edib ki, ailə institutu hər bir cəmiyyət üçün mühüm əhəmiyyətə malikdir:

"Şəxsiyyətin formalaşmasında ailənin böyük rolu var. Azərbaycanda ailə və uşaqlarla bağlı təkmil qanunvericilik bazası mövcuddur. Bu gün bəzi hallarda əxlaqa, tərbiyəyə, milli adət-ənənələrimizə zidd halların baş verməsi təəssüf doğurur".

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə deyib ki, Azərbaycanda dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir, bu istiqamətdə müxtəlif addımlar atılır. Onun sözlərinə görə, ailədəki problemlərin kökü araşdırılmalıdır:

"Reallıq odur ki, müəyyən problemlər var. Təəssüflər olsun ki, Avropada ailə institutu deformasiyaya məruz qalıb: