Bu avtomobillərin yerli istehsalı daha ucuz başa gələcək


Digərləri 07 Fev 2019 15:07:00 200 0

Bu avtomobillərin yerli istehsalı daha ucuz başa gələcək

Azərbaycan və Rusiyanın Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə inşa edəcəyi zavodda yüngül tonnajlı yük avtomobilləri buraxacaq.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a birgə müəssisədə Azərbaycan tərəfini təmsil edəcək "Azərmaş" ASC-nin mətbuat xidmətinin rəhbəri Günay Namidar bildirib.

Onun sözlərinə görə, hazırda "Azərmaş" Rusiyanın "Qorki Avtomobil Zavodu" (QAZ) markasının Azərbaycanda rəsmi satışını həyata keçirir. Zavod açıldıqdan sonra isə həmin avtomobillərin hissələri ölkəmizə gətirilərək burada yığılacaq.

"Bu isə daha ucuz başa gələcək və daha sərfəli qiymətlərlə yerli bazara təklif ediləcək", - deyə G.Namidar bildirib.