Abşeron sakini özünü öldürmək istədi


Digərləri 07 Fev 2019 14:58:00 178 0

Abşeron sakini özünü öldürmək istədi

Abşeron rayonunun Goradil qəsəbəsində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

FHN-dən Son.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.