Türkiyədə 5 yaşlı uşaq 19 saatdan sonra çökən binanın dağıntıları altından sağ çıxarıldı


Dünya 07 Fev 2019 14:41:00 251 0

Türkiyədə 5 yaşlı uşaq 19 saatdan sonra çökən binanın dağıntıları altından sağ çıxarıldı

İstanbulda 8 mərtəbəli binanın çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib. 

Dağıntılar altından çıxarılan 3 nəfərin vəziyyəti ağırdır. Ölən və yaralıların adları açıqlanmayıb. 

Xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas ediblər.