“Nargilə dairəsi”ndə tixacın aradan qaldırılması üçün


Digərləri 07 Fev 2019 14:37:00 211 0

“Nargilə dairəsi”ndə tixacın aradan qaldırılması üçün

Nobel prospekti "Nargilə dairəsi" adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihənin icrasına başlanılıb. Hazırda qeyd edilən ərazidə alternativlərin və əlaqələndirmə imkanlarının az olması "Nargilə dairəsi" adlanan ərazinin, o cümlədən Ramiz Quliyev küçəsinin yüklənməsinə səbəb olur.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, yeni layihə çərçivəsində ilkin mərhələdə şəhər mərkəzindən Zığ şosesi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin "Nargilə dairəsi"nə daxil olmadan birbaşa Həzi Aslanov qəsəbəsinə və Ramiz Quliyev küçəsinə daxil olmadan Sadıqcan küçəsi vasitəsilə Məhəmməd Hadi küçəsinə və bu ərazidə yerləşən yaşayış massivlərinə çıxışı təmin ediləcək.

Nəqliyyat yükünün paylanması, sürücülərə daha çox alternativ yolların təklif edilməsi məqsədilə Agentlik tərəfindən Zığ şosesinin Qədir Məmmədov və 823-cü keçid küçələri ilə kəsişdiyi hissələrdə də sola və ya geriyə dönmə yerləri təşkili və Ramiz Quliyev küçəsin alternativ yerni yolun salınması da nəzərdə tutulub. Nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkət edə bilməsi üçün sola və ya geriyə dönmə yerləri svetoforlar vasitəsilə nizamlanacaq.