Britaniyanın məşhur xanımı "gizlincə" Qəbələdə dincəlib FOTO


Digərləri 07 Fev 2019 14:10:58 232 0

Britaniyanın məşhur xanımı "gizlincə" Qəbələdə dincəlib  FOTO

Bura çox möhtəşəmdir. Ecazkar insanları, gözəl təbiəti var.

Britaniyalı model, aktrisa və fitnes təlimatçısı Milli Makintoş Azərbaycanda səfərdə olub. İstirahətə gəldiyini deyən 29 yaşlı M.Makintoş Qəbələdəki beşulduzlu "Chenot Palace Health Wellness Hotel"də dincəlib.

Son.az bildirir ki, Qəbələdə 5 günlük istirahətin son günü o, İnstagram-dakı profilində yazıb: "Azərbaycanda ruhum yeniləndi".

Qəbələdə olarkən trenajor zalında məşq edən, sonra hidromasaj və lazer liplaksiyası prosedurlarına məruz qalan M.Makintoş oteldə krioterapiya seansına da yollanıb.